Alison

Bənzərsiz

Korporativ hədiyyələr

Biznesinizə və brendinizə uyğun, əl ilə hazırlanır

Şirkətiniz, brendiniz və ya layihəniz üçün dəridən xüsusi bir şey düşünürsünüz? Gəlin, onu birlikdə yaradaq.

Əməkdaşlığa başlayaq

Sizə necə kömək edə bilərik

Sahənizi seçin

Korporativ hədiyyələrdən otel və restoran aksesuarlarına, brend əməkdaşlıqlarından fərdi sifarişlərə qədər ideyanızı ilk eskizdən hazır məhsula çatdırırıq.

Seçilmiş müştərilər

Haqqımızda

Ətraflı
Nizami küçəsi 35-dəki atelyemizin yarıaçıq qapısı

Atelyemiz

Nizami küçəsi 35, Bakı

Nümunələrə yaxından baxmaq, dəri və rəng seçmək üçün atelyeyə gələ bilərsiniz. Görüş əvvəlcədən razılaşdırılır.

Görüş təyin edin

Xalq Bank loqolu qara dəri cüzdanlar

Brendiniz yadda qalsın

Korporativ hədiyyələr və tədbirlər

Layihələr

Düşünülmüş hədiyyələr və yaddaqalan tədbirlərlə iş əlaqələrinizi möhkəmləndiririk.

  • Unicapital loqolu dəri məhsullarUnicapital loqolu dəri məhsullar

    Unicapital

    Unicapital investisiya şirkətinin premium müştəriləri üçün 70 ədəd dəri qovluq və aksesuar hazırladıq. Şirkətin loqosu qızılı folqa ilə basıldı, hər məhsul əl ilə tikildi.

    Müştərilərinə daim yüksək səviyyədə xidmət göstərən şirkətlər hədiyyələrini də eyni meyarla seçir: məhsul həm premium keyfiyyətdə olmalı, həm də şirkətin konsepsiyasını əks etdirməlidir.

    Bizə etimad göstərdiyi üçün Unicapital komandasına təşəkkür edirik.

  • Casio G-SHOCK üçün dəri breloklarCasio G-SHOCK üçün dəri breloklarCasio G-SHOCK üçün dəri breloklarCasio G-SHOCK üçün dəri breloklar

    Casio G-SHOCK

    Casio G-SHOCK üçün korporativ hədiyyə olaraq qara bitki aşılı dəridən 300 ədəd brelok hazırladıq. Forması G-SHOCK saatının siferblatını xatırladır, brendin loqosu hər birinə rəngsiz basma ilə salındı.

    G-SHOCK ilə eksklüziv əməkdaşlığımızda brendin cəsarətli dayanıqlığı əl işi sənətkarlığı ilə görüşdü. Nəticədə G-SHOCK-un dözümlülük ruhunu dəri ustalığı ilə birləşdirən məhdud buraxılış kolleksiyası yarandı.

    Bizi seçdiyi üçün Casio G-SHOCK komandasına təşəkkür edirik.

    Say
    300 ədəd
    Dəri
    Bitki aşılı (vegetable tan), qara
    Basqı
    Sadə, rəngsiz basma
  • Xalq Bank üçün qəhvəyi dəri kart qablarıXalq Bank üçün qəhvəyi dəri kart qablarıXalq Bank üçün qəhvəyi dəri kart qabları

    Xalq Bank

    Xalq Bank üçün ikinci layihəmizdə qəhvəyi dəridən 300 ədəd kart qabı hazırladıq. Hər birinin üzərinə bankın loqosu rəngsiz basma ilə salındı. Sifariş 2022-ci ildə təhvil verildi.

    Kompakt dizayn və müasir görünüş atelyemizin seçimidir. Prioritetimiz davamlı, keyfiyyətli və istifadəsi rahat məhsullar hazırlamaqdır. Şirkətlərin təkrar sifarişləri bu yanaşmanın doğru olduğunu təsdiqləyir.

    Bizi yenidən seçdiyi üçün Xalq Bank komandasına təşəkkür edirik. Yerli biznesin və istehsalın inkişafına verdiyi töhfə bizim üçün çox dəyərlidir.

    Say
    300 ədəd
    Dəri
    Qəhvəyi
    Basqı
    Sadə, rəngsiz basma
  • Casio G-SHOCK üçün dəri fincan altlıqlarıCasio G-SHOCK üçün dəri fincan altlıqları

    Casio G-SHOCK

    Casio G-SHOCK-un 40 illiyi üçün qara bitki aşılı dəridən 150 ədəd fincan altlığı hazırladıq. Yubiley emblemi hər birinə rəngsiz basma ilə salındı.

    Altlıqlar G-SHOCK seriyasının xüsusi sifarişi ilə hazırlandı və brendin limitli saat kolleksiyasını alan müştərilərə hədiyyə edildi. Hər biri G-SHOCK məhsullarına xas olan dözümlülüyü və estetikanı əks etdirir.

    Bizi yenidən seçdiyi üçün Casio G-SHOCK komandasına təşəkkür edirik.

    Say
    150 ədəd
    Dəri
    Bitki aşılı (vegetable tan), qara
    Basqı
    Sadə, rəngsiz basma
  • Xalq Bank loqolu dəri cüzdanlarXalq Bank loqolu dəri cüzdanlar

    Xalq Bank

    Xalq Bankın premium müştəriləri üçün qara dəridən 150 ədəd cüzdan hazırladıq. Bankın loqosu hər cüzdanın küncünə rəngsiz basma ilə salındı. 2022-ci ildə bu, atelyemizin ən böyük sifarişlərindən biri idi.

    Azərbaycanın bank sektorunda öz sözünü demiş və müştərilərinə ən yüksək səviyyədə xidmət göstərən Xalq Bank hədiyyə seçimində atelyemizə üstünlük verdi. Bu etimadı layiqincə doğrultduğumuz üçün qürur duyuruq.

    Bizi seçdiyi üçün Xalq Bank komandasına təşəkkür edirik.

    Say
    150 ədəd
    Dəri
    Bitki aşılı (vegetable tan), qara
    Basqı
    Sadə, rəngsiz basma

Tədbirlər

Master-klasslar və səyyar emalatxana

Komandanız, tərəfdaşlarınız və qonaqlarınız üçün dəri master-klassları təşkil edirik. Ustalarımızın rəhbərliyi ilə hər iştirakçı öz dəri aksesuarını əl ilə hazırlayır və xatirə olaraq özü ilə aparır.

Konfrans, sərgi və korporativ tədbirlərdə isə usta və alətlərlə səyyar emalatxana qururuq. Hər qonaq üzərinə adı yazılmış dəri aksesuarı elə oradaca ustanın əlindən alır.

Dəri master-klassı
Ətraflı

Layihənizə başlayın

Şirkətinizin dəyərlərini əks etdirən xüsusi hədiyyə axtarırsınız?

Unudulmaz bir tədbir planlaşdırırsınız?

Bizə yazın, zövqlə seçilmiş hədiyyələr və master-klasslarla yaddaqalan anlar yaradaq.

Layihəyə başlayın

Layihənizə başlayın

Şirkətinizin dəyərlərini əks etdirən xüsusi hədiyyə axtarırsınız?

Unudulmaz bir tədbir planlaşdırırsınız?

Bizə yazın, zövqlə seçilmiş hədiyyələr və master-klasslarla yaddaqalan anlar yaradaq.

Təşəkkür edirik! Bir iş günü ərzində sizinlə əlaqə saxlayacağıq.
Dəri master-klassı

Tədbirlər

Master-klasslar və səyyar emalatxana

Master-klasslar

Komandanız, tərəfdaşlarınız və qonaqlarınız üçün dəri master-klassları təşkil edirik. Ustalarımızın rəhbərliyi ilə hər iştirakçı öz dəri aksesuarını əl ilə hazırlayır və xatirə olaraq özü ilə aparır.

Atelyemizdə keçirilən master-klasslarda iştirakçılar dəri ilə işləmənin əsas prinsipləri, materiala yanaşma və əl işi prosesinin mərhələləri ilə tanış olurlar.

Master-klass zamanı hazır kəsilmiş və deşikləri açılmış detallar üzərində praktiki iş aparılır. Bu yanaşma iştirakçılara prosesə daha dərindən fokuslanmağa, əl tikişi texnikasını anlamağa və məhsulun formalaşma mərhələsini təcrübədə öyrənməyə imkan yaradır.

Master-klasslarımız bilik ötürməkdən daha çox, əl işinin mahiyyətini anlamaq, səbr və diqqətin məhsula necə çevrildiyini görmək üçün təşkil olunur.

Səyyar emalatxana

Konfrans, sərgi və korporativ tədbirlərdə usta və alətlərlə səyyar emalatxana qururuq. Hər qonaq üzərinə adı yazılmış dəri aksesuarı elə oradaca ustanın əlindən alır.

Master-klasslarımızdan

  • Master-klassda tikiş anıDəridə tikiş deşiklərinin açılmasıİştirakçı hazırladığı dəri məhsula baxırİştirakçılar atelyedə tikiş üzərində işləyirHazırlanan dəri məhsulun yaxın planıMaster-klass masasında iki iştirakçıDəri kənarının alətlə işlənməsiHazır dəri kart qabları cibdəƏldə yaşıl dəri kart qabı

    “Dəri Ustalarının Fəaliyyətinə Dəstək” İctimai Birliyinin təşkilati dəstəyi ilə yaratdığımız layihədə atelyemizin qonaqları moderatorların nəzarəti altında özlərinə yayın əvəzolunmazı olan Card Holder modelimizi hazırladılar.

    Maraqlı söhbətlərin, səmimi ab-havanın və əyləncəli həftə sonlarının yeni ünvanını, gənclərin qızıl əllərini kəşf etdik. Qədim ənənələrimizdən biri olan dəriçilik sənətinin hər birimizin genetikasında olduğuna bir daha əmin olduq. Hər həftə sonu təşkil olunan master-klasslarda iştirak edərək bunu özünüzdə kəşf edə bilərsiniz.

    Dəri aşılama və işləmə sənəti qeyri-maddi mədəni irsimizdir.

  • İştirakçı dəri hissənin kənarını işləyirDəri kənarına yapışqan çəkilməsiDəri kənarının alətlə işlənməsiKəsilmiş dəri hissələr masadaİynəyə sap keçirilməsiDəri kənarının bıçaqla düzəldilməsiİştirakçı dəri hissələr üzərində işləyirMaster-klass zamanı atelyeSarı sapla əl tikişiMaster-klass sertifikatıİştirakçı dəri məhsula yapışqan çəkirMaster-klass masası və dəri hissələrHazır dəri məhsul və sertifikatİştirakçı masa arxasında tikiş edir

    Bu master-klassda iştirakçılar dərinin əsas işləmə prinsipləri ilə tanış oldular, alətlərlə praktiki şəkildə çalışdılar və ilk əl işi məhsullarını hazırladılar.

    Master-klasslarımızın əsas məqsədi həftə sonunu səmərəli, yaradıcılıqla və öyrənərək keçirməkdir.

    Əgər siz də bu təcrübənin bir parçası olmaq və sevdiklərinizlə xoş bir həftə sonu keçirmək istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz.

Necə işləyirik

Yaddaqalan anlar yaratmağa başlayaq

1

Tanışlıq görüşü

Formu doldurun, qısa görüş təyin edək.

2

Fərdi təklif

İstəklərinizi və məqsədinizi öyrənib büdcənizə uyğun təklif və nümunə hazırlayırıq.

3

Brendiniz canlanır

Düşünülmüş hədiyyələr və tədbirlər sayəsində brendiniz yadda qalır.

Layihəyə başlayın

CHELEBI və Alison's Atelier loqolu dəri nallar

sizin brendiniz, bizim ustalığımız

Brend əməkdaşlığı

Layihələr

Brendinizin adı ilə satılacaq və ya hədiyyə ediləcək dəri məhsulları dizayndan istehsala qədər birlikdə yaradırıq.

  • MUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullarMUSE ME üçün dəri məhsullar

    MUSE ME

    Yerli geyim brendi MUSE ME ilə əməkdaşlıq çərçivəsində brendin kolleksiyası üçün dəri kəmərlər, cib və bağlama detalları hazırladıq. Kəmərlərin üzərinə brendin adı basıldı.

    Bu əməkdaşlıqdan yaranan kolleksiyanı təqdim etməkdən qürur duyuruq. Kolleksiyanın hər detalı brendlə birlikdə düşünülüb və əl ilə işlənib.

    Bizə etimad göstərdiyi üçün MUSE ME komandasına təşəkkür edirik.

  • Khatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlərKhatt brendi üçün dəri kəmərlər

    Khatt

    Khatt ayaqqabı brendinin xüsusi sifarişi əsasında nubuk dəridən kəmər kolleksiyası hazırladıq. Kolleksiya qara, qəhvəyi və tütün rənglərindən ibarətdir, kəmərlər gümüşü və qızılı tokalarla tamamlandı.

    Nubukun məxməri səthi və sakit rəng palitrası kəmərləri həm gündəlik, həm də klassik obrazlara uyğun edir. Hər kəmər atelyemizdə əl ilə hazırlanıb.

    Əməkdaşlığa görə Khatt komandasına təşəkkür edirik.

  • CHELEBI üçün at başı formalı dəri breloklarCHELEBI üçün at başı formalı dəri breloklarCHELEBI üçün at başı formalı dəri breloklarCHELEBI üçün at başı formalı dəri breloklar

    CHELEBI üçün brelok

    CHELEBI üçün at başı formasında təbii dəridən breloklar hazırladıq. Hər brelok iki rəngli dəridən kəsildi, kontrast əl tikişi ilə tamamlandı və üzərinə brendin loqosu basıldı.

    At motivindən ilhamlanan breloklar tamamilə yerli ustaların əl işidir, buna görə hər parça unikaldır. Gündəlik istifadə üçün düşünülmüş bu zərif aksesuar açarları bir yerdə saxlamaqla yanaşı, öz forması ilə əl işinin dəyərini sakit və incə şəkildə vurğulayır.

    Davamlı əməkdaşlığa görə CHELEBI komandasına təşəkkür edirik.

  • CHELEBI və Alison's Atelier loqolu dəri nallarCHELEBI və Alison's Atelier loqolu dəri nallarCHELEBI və Alison's Atelier loqolu dəri nallarCHELEBI və Alison's Atelier loqolu dəri nallarCHELEBI və Alison's Atelier loqolu dəri nallarCHELEBI və Alison's Atelier loqolu dəri nallarCHELEBI və Alison's Atelier loqolu dəri nallar

    CHELEBI üçün nal

    CHELEBI mebel brendinin xüsusi sifarişi əsasında nal formasında dəri charm kolleksiyası hazırladıq. Tünd qəhvəyi dəridən kəsilən nallar kontrast tikişlə işləndi və metal pərçimlərlə bəzədildi, hər birinin üzərinə iki brendin loqosu basıldı.

    Nal bir çox mədəniyyətdə uğur rəmzi sayılır. Bu kolleksiyada həmin rəmzi əl işi dəri ilə yenidən yozduq.

    Bizi seçdiyi üçün CHELEBI komandasına təşəkkür edirik.

  • KK monoqramı basılmış dəri etiketlərKK monoqramı basılmış dəri etiketlər

    KK

    KK brendi üçün fuksiya rəngli dəridən geyim etiketləri hazırladıq. Brendin monoqramı hər birinə rəngsiz basma ilə salındı.

  • CHELEBI üçün dəri çiçək formalı çanta aksesuarıCHELEBI üçün dəri çiçək formalı çanta aksesuarıCHELEBI üçün dəri çiçək formalı çanta aksesuarıCHELEBI üçün dəri çiçək formalı çanta aksesuarı

    CHELEBI üçün çiçək

    CHELEBI brendinin xüsusi sifarişi ilə limitli charm kolleksiyası hazırladıq. Bu nümunə lalə formasında çanta aksesuarıdır: ləçəklər, yarpaq və asqı əl ilə kəsilib yığıldı, yarpağa brendin adı basıldı.

    Lalə yazın və yenilənmənin rəmzidir. Ləçəklərin qırmızı tonu ilə yarpağın sakit rəngi arasındakı kontrast aksesuarı həm zərif, həm də diqqətçəkən edir.

    Bizi yenidən seçdiyi üçün CHELEBI komandasına təşəkkür edirik.

Layihənizə başlayın

Brendiniz üçün xüsusi dəri məhsul və ya məhdud kolleksiya düşünürsünüz?

Bizə yazın, ideyanızı birlikdə dəri məhsula çevirək.

Layihəyə başlayın

Onlar üçün hazırladığımız işlər

    Alison's Atelier etiketli, tikişli dəri masa altlığı

    qonağın əlinə toxunan detallar

    Qonaqlama həlləri

    Layihələr

    Menyu qovluğundan açar etiketinə qədər, qonaqlarınızı interyerinizə uyğun hazırlanmış dəri detallarla biz qarşılayırıq.

    • Four Seasons üçün dəri salfet qablarıFour Seasons üçün dəri salfet qablarıFour Seasons üçün dəri salfet qablarıFour Seasons üçün dəri salfet qablarıFour Seasons üçün dəri salfet qabları

      Four Seasons Baku

      Four Seasons Baku üçün tünd göy nappa dəridən 50 ədəd salfet qabı hazırladıq. Yumşaq formalı qablar otelin otaqları üçün nəzərdə tutuldu.

      Korporativ sifarişlər əsasında hazırladığımız hər məhsul bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ölkənin aparıcı şirkətləri ilə əməkdaşlıq atelyemiz üçün böyük qürur mənbəyidir.

      Bizi seçdiyi üçün Four Seasons Baku komandasına təşəkkür edirik.

      Say
      50 ədəd
      Dəri
      Nappa, tünd göy
      Basqı
      Sadə, rəngsiz basma
    • Four Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləriFour Seasons üçün dəri menyu üzlükləri

      Four Seasons Baku

      Four Seasons Baku restoranları üçün xrom aşılı nappa dəridən 130 ədəd menyu üzlüyü hazırladıq. Hər restoranın öz rəngi seçildi, üzlüklər metal pərçimlərlə tamamlandı.

      Hər yeni korporativ sifariş yeni əməkdaşlıq və tanışlıqlar deməkdir. Bizi seçən şirkətlərin təkrar müraciəti isə gördüyümüz işin ən yaxşı qiymətidir.

      Bizi yenidən seçdiyi üçün Four Seasons Baku komandasına təşəkkür edirik.

      Say
      130 ədəd
      Dəri
      Xrom aşılı nappa
      Basqı
      Sadə, rəngsiz basma
    • Four Seasons üçün dəri bloknot altlıqlarıFour Seasons üçün dəri bloknot altlıqları

      Four Seasons Baku

      Four Seasons Baku otaqları üçün qara dəridən 1000 ədəd bloknot altlığı hazırladıq. Qələm yeri olan altlıqların hər birinə otelin loqosu rəngsiz basma ilə salındı.

      Bu sifariş Four Seasons Baku ilə uzunmüddətli əməkdaşlığımızın davamı oldu. Davamlı etimadına görə otelin komandasına təşəkkür edirik.

      Say
      1000 ədəd
      Dəri
      Qara
      Basqı
      Sadə, rəngsiz basma
    • Four Seasons loqolu dəri kart qablarıFour Seasons loqolu dəri kart qablarıFour Seasons loqolu dəri kart qabları

      Four Seasons Baku

      Four Seasons Baku üçün tünd göy floater dəridən 50 ədəd açar kartı qabı hazırladıq. Otaqlara giriş kartları üçün nəzərdə tutulan qablar göy tikişlə işləndi, otelin loqosu hər birinə rəngsiz basma ilə salındı.

      Mənəvi dəyərləri hər zaman üstün tutan atelye olaraq ölkəmizin qonaqpərvərlik ənənəsinə öz kiçik toxunuşlarımızı əlavə edirik. Paytaxtın aparıcı otellərindən biri olan Four Seasons Baku ilə əməkdaşlıq bu baxımdan bizim üçün xüsusi məna daşıyır.

      Bizə etimad göstərdiyi üçün Four Seasons Baku komandasına təşəkkür edirik.

      Say
      50 ədəd
      Dəri
      Floater, tünd göy
      Basqı
      Sadə, rəngsiz basma
    • Eyvan üçün dəri menyu üzlükləriEyvan üçün dəri menyu üzlükləriEyvan üçün dəri menyu üzlükləri

      Eyvan

      Eyvan restoranı üçün müxtəlif rənglərdə dəri menyu üzlükləri hazırladıq. Restoranın adı üzlüyə rəngsiz basma ilə salındı.

    • Bitter üçün dəri üzlüklü powerbanklarBitter üçün dəri üzlüklü powerbanklarBitter üçün dəri üzlüklü powerbanklar

      Bitter

      Bitter Bar & Eatery üçün 10 ədəd powerbankı dəri ilə üzlədik. Üzlüklər çarpaz tikişlə işləndi, restoranın loqosu hər birinə rəngsiz basma ilə salındı.

      Toxunduğumuz hər əşyaya özünəməxsusluq qatırıq. Dəri üzlük məhsula estetik görünüş verir, onu daha davamlı edir və etibarlı qoruyur.

      Bizi seçdiyi üçün Bitter komandasına təşəkkür edirik.

      Say
      10 ədəd
      Dəri
      Açıq qəhvəyi
      Basqı
      Sadə, rəngsiz basma
    • Piazza Lounge üçün dəri menyu üzlükləriPiazza Lounge üçün dəri menyu üzlükləri

      Piazza Lounge

      Piazza Lounge üçün dəri menyu üzlükləri hazırladıq. Restoranın loqosu hər üzlüyə rəngsiz basma ilə salındı.

    • Bentley's Whisky Bar üçün dəri menyu üzlükləriBentley's Whisky Bar üçün dəri menyu üzlükləriBentley's Whisky Bar üçün dəri menyu üzlükləri

      Bentley's Whisky Bar

      Bentley's Whisky Bar üçün qara dəridən 30 ədəd menyu üzlüyü hazırladıq. Barın loqosu hər birinə rəngsiz basma ilə salındı.

      Zəriflik içində güc, sadəlik içində dəbdəbə. Əl ilə işlənmiş hər detal məkanın xarakterinə uyğun bir imzadır. Dəri burada sadəcə material deyil, hiss və təəssüratdır: qonaq içkisini seçərkən belə estetikaya toxunur.

      Bizi seçdiyi üçün Bentley's Whisky Bar komandasına təşəkkür edirik.

      Say
      30 ədəd
      Dəri
      Qara
      Basqı
      Sadə, rəngsiz basma
    • Dəri salfet qabıTest şəkliTest şəkliTest şəkli

      Salfet qabı

      Otel otaqları və restoran masaları üçün loqo basılmış dəri salfet qabları. Rəng və dəri interyerə uyğun seçilir.

    Layihənizə başlayın

    Otel və ya restoranınız üçün xüsusi dəri detallar axtarırsınız?

    Bizə yazın, interyerinizə uyğun nümunələr hazırlayaq.

    Layihəyə başlayın

    Foto

    Memarlıq və dizayn detalları

    dəri ilə tamamlanan məkan

    Dizaynerlər və memarlar üçün

    Qapı tutacaqları, dəri panellər, rəf və masa detalları kimi fərdi elementlər. Layihənizin ölçü və rənglərinə uyğun hazırlanır.

    Layihəyə başlayın

    Foto
    Foto

    Bloq

    atelyedən qeydlər

    Alison Atelier haqqında jurnal məqaləsi

    Hekayəmiz

    Seçilmiş premium dərilər, illərlə cilalanmış ustalıq və ilk kəsimdən son tikişə qədər işə olan sevgi. Bütün bunlar bizə zərif, incə və öz xarakteri olan dəri aksesuarlar yaratmağa imkan verir.

    Məhsullar ustalar tərəfindən brendin atelyesində əl ilə hazırlanır və hazırlanan hər bir məhsul sənətkarlığı incəsənət səviyyəsinə qaldırır.

    Komandamızın hər bir üzvü materiala həssas yanaşan, yenilikdən qorxmayan və gözəlliyi xırda detallarda görən əsl sənətkardır.

    Alison adı ailədən gələn bir mirasdır və biz onu Azərbaycanda doğulmuş bir brendə çevirdik. Kim olmağımızdan və hansı dildə danışmağınızdan asılı olmayaraq, dünya ilə keyfiyyətin, zövqün və hörmətin dili ilə danışmaq istəyirik.

    Üzərinə Alison nişanı basılmış ağ dəri detallar

    Bizi seçdiyiniz üçün təşəkkür edirik! Tezliklə sizinlə əlaqə saxlayacağıq.

    +994

    Müraciətiniz qəbul olundu.

    İşlərimiz

    Kataloq

    Fərdi işlərimiz

    Hər fərdi sifariş tək nüsxədə hazırlanır: sizin adınız, sizin rənginiz, sizin hekayəniz.

    • Mavi tikişli tünd dəri məhsul, içində T.Y inisiallarıMavi tikişin və atelye basqısının yaxın planı

      Sevincimi yenə sizinlə bölüşmək istəyirəm. Bir neçə gün öncə nikaha daxil olan Black Vegetable Buttero ilə Blue Crazy Horse dərilərinin oğlan övladı dünyaya gəlib.

      Tikişləri və kart gözləri eynən anasına, xasiyyətdə isə atasına bənzəyən tünd, eleqant və sərt xarakterə sahib körpəmiz ilk günlərdən artıq emalatxanamızın sevimlisinə çevrilib.

      Hər gün doğulan şirin körpələri, emalatxanada tez-tez yerə düşüb masanın altına qaçan şıltaq alətləri görmək xoşuma gəlir.

      Baba olmaq gözəl hissdir.

    • Açıq rəngli tikişli qəhvəyi dəri məhsul, bağlı haldaİçəridən görünüş: kart yerləri və qızılı düyməKart yerlərinin və atelye basqısının yaxın planı

      “Xanımlara qarşı hər zaman diqqətli və incə olmaq lazımdır.”

      Böyüklərimizdən, milli və mənəvi dəyərlərimizdən öyrəndiyimiz tərbiyə və qayda budur. Bu qaydanı da yaşamımız boyu xanımlarla qarşılaşdığımız bütün sahələrdə nəzərə almaq, tərtib etmək lazımdır.

      Alison komandası olaraq xanımlar üçün tərtib etdiyimiz modelləri də maksimum diqqətlə seçir, incəliklə hazırlayıb sevgi ilə təhvil veririk.

      Bu dəfə də öz prioritetlərimizdən və çərçivəmizdən kənara çıxmadıq. Xanımlar üçün ən incə, özəl, gözəl modelimizi təqdim etdik.

      Qarşınızda 6 kart yeri, 1 pul bölməsiylə “Zərif” Long Wallet modelimiz.

    • Vegetable Buttero Chocolate dərisindən məhsul, taxta masanın üzərindəMəhsulun və atelye basqısının yaxın planıƏl tikişinin və basqının yaxın planı

      Hər saniyə həyatdakı ən vacib resursu — zamanını xərcləyirsən. Bu resursu elə komfortda xərcləmək lazımdır ki, üzündəki təbəssüm itməsin. Komfortu isə gündəlik istifadə etdiyin əşyalar yaradır.

      Vegetable Buttero Chocolate’dan hazırlanmış Card Holder’imiz bu rahatlığı və komfortu öz gözəlliyi ilə sizə təqdim edir. Natural dəridən olan kompakt əl işini isə əldə tutmağın həzzindən heç danışmıram.

    • Qəhvəyi dəri məhsul, qapaqlı ön tərəfArxa tərəf və tutacaqlarYandan görünüşAlt hissə və metal ayaqcıqlar

      Britaniya, İtaliya və milli ruh.

      Klassika, keyfiyyət və estetikanın vəhdət tapdığı yeni məhsulu sizə fəxrlə təqdim edirik. Son təqdim etdiyimiz Shopper bag modelimizin “S” ölçüsüylə qarşınızdayıq.

      Hələ çantaya ad qoymamışam. Bir əlamət gözləyirəm. Əsas bəxti açıq olsun.

    • İş masasında qara dəridən iki məhsul: qələmlər və vizit kartları üçünAtelye loqosunun folqa ilə basqısı, yaxın planQələmlərlə birlikdə yaxın planİş masasının ümumi görünüşü

      Həyatımda olan hər şeyin öz ayrı yerinin olduğunun fərqinə vardığım an bunları hazırladım.

      Bu vaxta qədər qələmlərim səliqəli şəkildə masamın üzərində idi. Atelyemizin vizit kartlarını isə yanında qoymuşdum. Bir gün səliqənin kifayət etmədiyini və hər şeyin öz yeri olmasını dərk etdim.

      İndi qələmlərim və vizit kartlarım hələ də səliqəlidir, amma artıq həm də səhmanla düzülüb.

    • Manekenin əlində qəhvəyi dəridən kiçik cütManeken və santimetr lenti ilə görünüşManekenin ovucunda yaxın planQızılı düymə və tikiş, yaxın planAtelyedə maneken, arxada dəri parçaları

      Böyük uğurlar kiçik addımlarla başlayır. Ən kiçik addımınızda belə sizinləyik.

    • Bej və qara dəridən məhsul, komodun üzərindəYuxarıdan görünüş: içində saat və açarQara dəri iç hissənin yaxın planı

      Səliqə – sadəcə vərdiş deyil, düşüncə formasıdır. Hər əşyanın öz yeri var.

      Hazırladığımız məhsul sadəcə bir qab deyil. Günün başlanğıcını və sonunu simvolizə edən bir xatırlatmadır.

      Atelyemiz estetikanı və vizualı funksional və sistemli nizamla birləşdirir.

      Nəyə ehtiyac duyduğunuzu bilirik.

    • Boz-yaşıl dəridən məhsul, taxta masanın üzərində

      Hər məkanın bir nəfəsi, bir ritmi var. Bəzən o ritm bir detalda gizlənir. Bir xəttin sakitliyində, bir səthin tarazlığında.

      Təqdim etdiyimiz bu detal sadəcə funksiyanı yerinə yetirmir, nizamın və zövqün sərhədini müəyyən edir.

      Atelyemizin fəlsəfəsi sadədir:

      Görünməyə çalışan deyil, göründükcə susan dizayn yaratmaq.

    • Masa üzərində dəri altlıqlar, stəkanlar və su şüşələriDayaqdakı və masadakı altlıqların yaxın planı

      Nappa Calf və Badalassi Carlo Pueblo dərisindən ustalıqla hazırlanmış Coaster Set ilə zərifliyin zirvəsini yaşayın. Bu möhtəşəm dəst həm funksionallığı, həm də zərifliyi ilə seçilən 6 ədəd ikiüzlü stəkan altlığından ibarətdir.

      Vegetable Tanned Buttero dərisindən hazırlanmış dayağın içərisində təqdim olunan bu altlıqlar hər məkana zərif bir gözəllik qatır.

      İstər interyeriniz üçün zövqlü bir əlavə, istərsə də xüsusi biri üçün düşünülmüş hədiyyə olsun.

    • Açıq rəngli dəridən gül, qara fondaLəçəklərin yaxın planıGövdə və yarpaq, tikiş detalı ilə yaxın planYandan görünüş

      Bir zamanlar güllərin sirlərindən agah olan bir bağban varmış. Bu bağbanın bağçasında dünyanın bütün gül növləri bitərmiş. Günlərin bir günü fəsildən və zamandan qorxmayan, solmayan bir gülə sahib olmaq istəyi ilə bağban uzun bir səfərə çıxdı.

      O dağlar aşdı, səhraları keçdi, yaşlı müdriklərdən soruşdu. Amma axtarışları heç bir nəticə vermədi.

      Nəhayət, cavan bir dabbağla qarşılaşdı. Ona istəyini danışan bağbana gənc dabbağ belə cavab verdi:

      “Axtardığın gül torpaqda bitmir.”

      Bu cavabı eşidən bağban müəmmalı baxışlarla gəncə baxdı və bitdiyi yeri soruşdu.

      “Sevgi ilə böyüdülən niyyət, səbrlə qorunan əməl və səmimiyyətlə edilən iş – heç zaman solmayan güldür”, – deyə gənc dabbağ ona cavab verdi.

      Bağban geri qayıtdı. Artıq torpağa yox, öz niyyətinə qulluq etməyə başladı.

      Və insanlar onun bağında təkcə gülləri deyil, hüzuru hiss etdilər.

    • Dəri üzlüklü şam, qapağı yanındaŞamın yandırılmasıQaranlıqda yanan iki fitil

      Qədim zamanlarda alov iki cür yanardı:
      biri evi isidərdi, biri isə insanı.

      İkinci alov gözlə görünməzdi —
      amma hər kəs onun təsirini hiss edərdi.
      O alov yanan yerdə səs azalardı, fikir dərinləşərdi, zaman yavaşlayardı.

      Buna görə insanlar alovu yalnız işıq üçün yandırmırdılar.
      Onu bir qayda kimi saxlayırdılar:
      günün sonunda özünə qayıtmaq üçün.

    • Ağ sütunun üzərində qəhvəyi dəri kəmərAğ sütunun üzərində hamar qara dəri kəmərAğ sütunun üzərində dənəli qara dəri kəmərAğ sütunun üzərində qara dəri kəmər, metal toka ilə

      Zamanla işlərimiz atelyeni bürüyür, tərzimiz divarlarına hopur. Atelyemizə yaxınlaşaraq dəri seçimi edə, təqdim etdiyimiz məhsullarla yaxından tanış ola bilərsiniz.

      Rezervasiya üçün müraciət edin.

    • Qara elektrik gitara, dəri qayışlaAsılmış qara dəri qayışQayışın gitaraya bərkidildiyi yerDənəli qara dərinin və ilgəklərin yaxın planıƏldə tutulan qara dəri qayış

      Eddie Van Halen “Frankenstrat”ı yaradanda biz yox idik. O, Gibson-un güclü tonunu və Fender-in rahat ifasını bir alətdə birləşdirdi, amma yenə də axtardığı rahatlığı tam tapa bilmədi.

      Amma Elvin üçün artıq hər şey daha rahatdır. 😉

    Sifariş edin

    Tərəfdaşlıq proqramı

    Fərdi tərəfdaş olmaq

    Ətrafına gözəllik və zövq qatan istedadlı insanlarla çalışmağı sevirik. Stilist, şəxsi assistent və ya alış-veriş məsləhətçisisinizsə, yaxud işiniz yüksək səviyyəli servis və imiclə bağlıdırsa, bu əməkdaşlıq hər iki tərəfə fayda gətirəcək.

    • Hər satışdan % qazanırsınız.
    • Kataloqda olmayanlar da daxil olmaqla, bütün işlərimiz sizin üçün əlçatandır.
    • Təcili hallarda lazım olanda məhsulu günün istənilən saatı əldə edə bilərsiniz.
    • Sifarişi istədiyiniz ünvana tez və ehtiyatla çatdırırıq: evə, otelə, hava limanına, ofisə və ya bağ evinə.
    • Ödəniş üçün rahat üsullar təklif edirik.
    • Müştəriniz aksesuarı zərif qutuda alır. Bu qutu həm hədiyyə qablaşdırmasıdır, həm də məhsulu saxlamaq üçündür. Qutuya məhsulun sənədləri və sahiblik sertifikatı da əlavə olunur. Sertifikata sahibin adını əvvəlcədən yaza bilərik, ya da bu sətri hədiyyəni alan özü doldurar.
    Korporativ tərəfdaş olmaq

    Hər gün işimizi bir az daha mükəmməl etməyə çalışırıq və biznesə baxışı bizimlə həmahəng olan insanları tanımaq bizim üçün xoşdur. Brend sahibi və ya onun rəsmi nümayəndəsisinizsə və birlikdə gerçəkləşdirə biləcəyimiz bir ideyanız varsa, əməkdaşlıq imkanlarını böyük maraqla nəzərdən keçirməyə hazırıq.

    • Eksklüziv kollaborasiyalar.
    • Birgə tədbirlər.
    • VIP müştəriləriniz üçün xüsusi hədiyyələrin hazırlanması.
    Bədii tərəfdaş olmaq

    Atelyemizin yaradıcılıq yolunda satış üçün təqdim olunan məhsullarla yanaşı, eksklüziv kolleksiya layihələri də var. Onların hər biri müəllifin bədii ifadəsidir.

    Məqsədimiz Azərbaycanda əl işinə, dünyada isə Azərbaycana baxışın dəyişməsinə öz töhfəmizi verməkdir. İnanırıq ki, müxtəlif sahələrdən olan istedadlı insanların bu yolda birgə işi həmin məqsədə çatmaqda böyük rol oynayır. Bizim üçün yaradıcı əməkdaşlıq dəyərlidir:

    • İncəsənət adamları ilə: rəssamlar, fotoqraflar, dizaynerlər, musiqiçilər, heykəltəraşlar, kinematoqrafçılar, zərgərlər və digər yaradıcı sahələrin nümayəndələri.
    • Zövqlü və tələbkar auditoriyaya müraciət edən müxtəlif formatlı media ilə.
    • Muzeylər, sərgi salonları və digər kreativ məkanlarla.
    • Auditoriyasını gözəlliyə yaxınlaşdırmağı özünə məqsəd bilən fikir liderləri ilə.

    Alison Atelier-in tərəfdaşı olmaq istəyirsinizsə və ya sualınız varsa, sizə rahat olan istənilən yolla bizimlə əlaqə saxlayın:

    Telefon: +994 55 400 94 00
    WhatsApp: +994 55 400 94 00
    E-poçt: info@alisonatelier.com

    Usta dəri üzərində işləyir